İDMAN


Sabunçu rayonu üzrə məhəllələrarası mini futbol turnirinə yekun vurulub

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Sabunçu rayonu üzrə məhəllələrarası mini futbol turnirinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı keçirilən yarışın görüşləri Bakıxanov qəsəbəsindəki “Futbol+” meydançasında oynanılıb.

2005-2006-cı il təvəllüdlü uşaqların yarışdığı turnirdə “Şəfəq” komandası birinci olub. “Məşəl” ikinci, “Sabunçu” komandası isə üçüncü pillədə qərarlaşıb.

Mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubok ilə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.