CƏMİYYƏT


Sabunçu rayonunda Ümumdünya Hepatit Günü ilə bağlı müzakirələr aparılıb

Bakı, 28 iyul, AZƏRTAC

Sabunçu rayonundakı mərkəzləşdirilmiş 1 saylı kitabxanada 28 iyul - Ümumdünya Hepatit Gününə həsr edilən tədbir keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölməsi tərəfindən təşkil olunan tədbirdə yerli idarə, müəssisə və təşkilatların, təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzQAC-ın icmaya əsaslanan sağlamlıq proqramının əlaqələndiricisi Mətanət Qaraxanova bu günlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qlobal miqyasda tədbirlərin keçirildiyini vurğulayıb. Tədbirin “Hepatiti aradan qaldırmaq üçün Mən…” mövzusuna həsr olunduğunu bildirən M.Qaraxanova bildirib ki, bu sahədə uğur qazanmaq üçün cəmiyyətin bütün üzvləri səfərbər olmalıdır. O, dünyada hepatit viruslarına yoluxma, xroniki hepatitlər, müayinə və müalicə ilə bağlı statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İSİM-in əməkdaşı, həkim Hafiz İbrahimov hepatit virusları və onların fəsadları ilə bağlı ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.