SİYASƏT


Sabunçu rayonunda dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldiyini və həyat tərzi olduğunu bildirib. Həmçinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətimizin hər zaman Azərbaycan cəmiyyətinin, dindarların yanında olduğunu qeyd edib.

DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizə metodlarından, bu sahədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında Sabunçu rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı məlumat verib, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə və ekstremizmə qarşı həyat keçirilən mübarizə tədbirlərindən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən danışıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.