CƏMİYYƏT


Sabunçu rayonunda ev yanıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin dam örtüyü 80 kvadratmetr, mətbəx və içərisində olan əşyalar 16 kvadratmetr sahədə yanıb. Yanğın zamanı ev sahibi və qonşusu tüstüdən zəhərlənib. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.