SİYASƏT


Sabunçu rayonunda səsvermə demokratik şəraitdə keçirilir [YENİLƏNİB]

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

26 saylı Sabunçu birinci dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə ümumxalq səsverməsi şəffaflıq şəraitində davam edir.

Saat 17:00-a olan məlumata görə, dairə üzrə 25 min 767 nəfər səsvermədə iştirak edib. Bu da seçicilərin 52,20 faizini təşkil edir.

10:40

Sentyabrın 26-da 26 saylı Sabunçu birinci seçki dairəsinin bütün seçki mənqələri də saat 08:00-da açılıb. Rayon ərazisindəki seçki məntəqələrində səsvermə prosesi demokratik şəraitdə davam edir.

AZƏRTAC xəbər verir ki, 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının (DSK) sədri Hacı Əliyev bu DSK üzrə 37 seçki məntəqəsinin 10-nun veb-kameralarla təchiz edildiyini diqqətə çatdırıb. DSK üzrə 49 min 268 nəfərin qeydiyyat alındığını bildirən H.Əliyev deyib ki, 17 nəfər ilk dəfə səs verəcək.

DSK sədri vurğulayıb ki, seçki dairəsinin bütün seçki məntəqələrində səsvermənin demokratik, şəffaf və qanunauyğun şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün seçki məntəqələri zəruri texniki vasitələrlə təchiz edilib. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından müşahidəçilər izləyirlər.

26 saylı Sabunçu birinci seçki dairəsinin bütün seçki mənqələrində yüksək fəallıq müşahidə edilir. 252 nömrəli tam orta məktəbdə yaradılan 19, 20 və 36 saylı seçki məntəqələrində də səsvermənin demoratik və şəffaf keçiriıməsi üçün nümunəvi şərait yaradılıb.

Paytaxtın Sabunçu rayonunda məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün, əmək veteranı İbrahim Məmmədov səsvermənin ədalətli keçdiyini, heç bir qayda pozuntusunun olmadığını bildirib.

Digər bir seçici, paytaxt sakini Nazir İbrahimov da sərbəst, şəffaf və demokratik qaydada səsvermə üçün seçki məntəqəsində əlverişli mühitin yaradıldığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.