CƏMİYYƏT


Sabunçu rayonunda ticarət mərkəzində yanğın olub

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 4 min kvadratmetr olan “BIG Store” ticarət mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşa məxsus ticarət mərkəzinin 300 kvadratmetr sahəsi yanıb. Yüksək temperaturdan obyektin tavanı 1050 kvadratmetr sahədə dağılıb.

Hadisə zamanı ticarət mərkəzinin yerləşdiyi binadan 90 sakin (30-u uşaq) təxliyə olunub. Onlardan on nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardımla xəstəxanaya aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.