CƏMİYYƏT


Sabunçu rayonunda yeddi zeytun ağacının kökündən çıxarılması aşkar edilib

Bakı, 4 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə

Sabunçu rayonunun Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı qəsəbə sakini Rövşən Musayev tərəfindən şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilən zaman uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, yeddi zeytun ağacının isə traktorla kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərilib.

Araşdırma zamanı müəyyən edilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı il 21 iyul tarixli sərəncamı ilə Abşeron Rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar “İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında torpaq icarəsi müqaviləsi bağlanıb.

Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron Rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.