CƏMİYYƏT


Sabunçu rayonundakı məktəblərdə təhsilin inkişafına dair müzakirələr aparılıb

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Məktəb seminarları” layihəsi çərçivəsində növbəti təlim-seminar Sabunçu rayonunda təşkil edilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu rayondakı 309 nömrəli tam orta məktəbdə keçirilən təlim-seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. Layihənin məqsədindən və bu təşəbbüsdən gözlənilən nəticədən danışan M.Vəliyeva seminar iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib.

BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanovanın “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzəsi dinlənilib.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, psixoloqlar, kitabxanaçılar, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyənləşdirilmiş mövzularda sessiyalar təşkil edilib.

“Məktəb seminarları” layihəsi çərçivəsində keçirilən təlim-seminarların Bakının 12 inzibati rayonunun hər birində təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.