İQTİSADİYYAT
Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
Bakı, 4 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.