CƏMİYYƏT


Saç sancağında qızıl keçirmək cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Gömrükçülər başındakı parçadan hazırlanmış saç sancağının içində qızıl keçirmək istəyən şəxsin bu cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində, həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən - 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.