ELM VƏ TƏHSİL


Şagirdlər Dünya Ətraf Mühit Günü barədə məlumatlandırılıblar

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Dünya Ətraf Mühit Günü qeyd olunub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə paytaxt məktəblərində keçirilən iməciliklərdə həyətyanı sahələrdə və sinif otaqlarında təmizlik işləri aparılıb, ağacların gövdəsi əhənglənib, bitkilərin dibi bellənib və suvarılıb.

Tədbirlər zamanı şagirdlərə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1972-ci ildən qeyd olunan Dünya Ətraf Mühit Günü barədə məlumat verilib. Qeyd edilib ki, bu günün keçirilməsinin məqsədi ətraf mühitin qorunmasına, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından, yerüstü sərvətlərdən səmərəli istifadə edilməsinə, onların bərpası və mühafizəsinə, bioloji müxtəlifliyin qorunub saxlanılmasına diqqət yönəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.