ELM VƏ TƏHSİL
Şagirdlər kimya elminə böyük maraq göstərirlər
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kaspi Liseyinin “Ağ şəhər“ filialının şagirdləri üçün “açıq qapı” günü keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olub.
Tədbir çərçivəsində şagirdlər institutun laboratoriyaları ilə tanış olublar. Bu müəssisənin gənc alim və mütəxəssisləri institutda aparılan tədqiqat işləri, onların praktik əhəmiyyəti və tətbiq perspektivləri, həmçinin müəssisədə quraşdırılan müasir cihaz və avadanlıq barədə şagirdlərə ətraflı məlumat veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]