ELM VƏ TƏHSİL


Şagirdlərin mənəvi aləminin zənginləşməsində mütaliənin müstəsna rolu var

A+ A

Bakı, 23 dekabr, P.İmanova, G.Mahmudlu, AZƏRTAC

Dekabrın 23-də Bakı şəhərindəki 6 nömrəli məktəb-liseydə “Məktəblilər üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov ümumtəhsil müəssisələrində şagirdlərin mütaliəyə marağının daha da artırılması və bu sahədə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, “Məktəblilər üçün oxu” layihəsi “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” təhsil nazirinin əmrinə əsasən həyata keçirilir.

F.Qurbanov layihənin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında vasitə olduğunu vurğulayıb, bu təşəbbüsün reallaşdırılmasına kömək göstərən və sosial məsuliyyətlilik nümayiş etdirən iştirakçılara minnətdarlığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən nazir müavini ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, kitabxana işinin inkişafında həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışıb.

Sonra “Məktəblilər üçün oxu” layihəsi barədə məlumat verilib, videoçarx nümayiş olunub.

Bildirilib ki, “Təhsil” televiziyası layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer almış, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulmuş 20-dən çox əsərin videoformatını hazırlayıb. Layihə çərçivəsində Milli Məclisin deputatları, dövlət strukturlarının əməkdaşları, yazıçılar, mədəniyyət xadimləri, jurnalistlər şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlərə dəstək olublar.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər çıxış edənlər şagirdlərin mənəvi aləmlərinin zənginləşməsində, dünyagörüşlərinin və bilik dairələrinin genişlənməsində, məntiqi təfəkkürlərinin, idrak qabiliyyətlərinin inkişafında mütaliənin müstəsna rolunu xüsusi vurğulayıb, bu məqsədə xidmət edən layihəni yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.