ELM VƏ TƏHSİL
Şagirdlərin yay olimpiada düşərgəsi təşkil ediləcək
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, düşərgə iyunun 16-dan iyulun 16-dək fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdırılacaq.
Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq.
Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər aparılacaq.
Sonda şagirdlər üçün müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin məktəblilərə əvvəlcədən müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim ediləcək.
Yay olimpiada düşərgəsində iştirak edən bütün şagirdlərə sertifikatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]