REGİONLAR


“Sağlam Həyat – Sağlam Gələcək” layihəsindən mindən çox uşaq və gənc faydalanıb

Ağdam, 28 iyul, AZƏRTAC

Ağdam rayonunda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam Həyat – Sağlam Gələcək” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə təşkilatın icraçı direktoru Rəşid Paşalı, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, ekspert Asim Vəliyev və başqaları iştirak ediblər. Bildirilib ki, layihənin keçirilməsində məqsəd cəbhə xəttində yaşayan məcburi köçkün uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işi aparmaq və seminarlar təşkil etməkdir.

Yeddi gün davam edən layihədən Ağdam rayonunun məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan təxminən 1000 nəfərdən artıq uşaq və gənc faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.