CƏMİYYƏT


“Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində tədbir Sumqayıtda keçiriləcək

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən ictimaiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədilə “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi həyata keçirilir.

Komitədən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində növbəti tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə iyulun 13-də saat 11:00-da şəhərdəki Tarix Muzeyində təşkil ediləcək. Tədbirdə mövzu ilə əlaqədar təqdimat və komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” festivalına təqdim edilmiş filmin nümayişi nəzərdə tutulub.

Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onları erkən və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barədə məlumatlandırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.