DÜNYA


Sağlam qida uşaqlara qavramaqda kömək edir

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Avropanın mikrobioloji araşdırmalar mərkəzinin mütəxəssisləri düzgün seçilmiş qida rasionu və sağlam həyat tərzinin uşaqlara oxumağı öyrənməkdə kömək etdiyini düşünürlər.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatlarda iki qrup olmaqla 300 uşaq iştirak edib. Bir qrupun uşaqları yalnız sağlam qida ilə qidalanıb, gündəlik nizam-intizama son dərəcə riayət edib, fəal kitab oxuyublar. Onların rasionları meyvə, giləmeyvə, tərəvəz, balıq, taxıl, doymamış yağlar və az miqdarda qırmızı ətdən ibarət olub.

Araşdırmaların sonunda beyni aktivləşdirən neyronların işləməsində proteinin mühüm rol oynadığı məlum olub ki, bu da informasiyanın daha tez qavranmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.