CƏMİYYƏT


Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüş keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin prorektoru, professor İsa Xəlilov görüşün gənclər üçün əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, ali təhsil müəssisələrində belə tədbirlərin mütəmadi keçirməsi gənclərin sağlam cəmiyyətə inteqrasiyasında mühüm addımdır. Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir. Professor İ.Xəlilov tələbələrin bu istiqamətdə gördüyü işlərdən, vacib layihələrdən söz açıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçiləri Vasif Quliyev və Raqib Allahverdiyev çıxışlarında narkotik kimi zərərli vərdişlərin yaratdığı problemlərdən söz açıblar. Qeyd olunub ki, narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən lazımi tədbirlər görülür.

DİN-in əməkdaşı polkovnik-leytenant Elşad Məmmədli narkotik maddələrin qanunsuz dövriyyəsinin Azərbaycanda digər ölkələrlə müqayisədə xeyli az olduğunu bildirib. Polkovnik-leytenant mübarizə tədbirlərinin intensiv həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda mövzu ilə bağlı film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.