ELM VƏ TƏHSİL
Sağlamlıq imkanları məhdud dərnək üzvlərinin sərgisi keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məşğul olan sağlamlıq imkanları məhdud dərnək üzvlərinin “Abşeron” rəsm qalereyasında sərgisi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Rənglərin dili ilə” adlı sərginin təşkilinin məqsədi xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsindən ibarətdir.
Sərgidə “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayevanın yetirmələrinin 60-dək rəsm işi – milli və müasir üslubda işlənmiş kompozisiyalar, portretlər, təbiət rəsmləri, dekorativ kompozisiyalar nümayiş olunub.
Rəsmlər rəngkarlıq və qrafika janrlarında işlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]