REGİONLAR
Sağlamlıq imkanları məhdud olan uşaqların bayram sevinci
Ağcabədi, 30 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Qafarova bayram tədbirində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib və bu günün əhəmiyyətindən söhbət açıb.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün keçirilən şənlikdə digər çıxış edənlər əlamətdar bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Bayram tədbiri “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklərlə davam edib. Yeni il şənliyi uşaqların böyük sevincinə səbəb olub.