CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinədən keçiriliblər
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Oftalmologiya Günü münasibətilə baş tutan tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar arasında oftalmoloji baxış keçirilib. Müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinikada uşaqların göz müayinələri edilib, patologiyalar aşkarlanıb. Uşaqlar təyin olunmuş eynəklərlə Milli Oftalmologiya Mərkəzi tərəfindən təmin ediləcəklər.
Oftalmoloji aksiya çərçivəsində mərkəz tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.
Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]