REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji reabilitasiyası müzakirə edilib
Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji reabilitasiyası ilə bağlı məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfində həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aparılıb.
Layihə əsasında hazırlanan televiziya proqramında müvafiq dövlət qurumlarının nümayəndələri, bu sahə üzrə ekspertlər, müəllim və valideynlər iştirak ediblər.
Proqramda uşaqların fiziki və psixoloji reabilitasiyası zamanı qarşılaşdıqları problemlər, onların həlli yolları, bu sahədə dövlət tərəfindən görülən işlər haqqında danışılıb. Müzakirələr zamanı ölkəmizdə belə uşaqlara qarşı xüsusi diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb.
Televiziya proqramı ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanıb.