REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb edilməsi yolları müzakirə olunub

A+ A

İmişli, 30 avqust, Mahir Babayev, AZƏRTAC 

İmişlidə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən həyata keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin işçiləri iştirak edib.

Mərasimdə bildirilib ki, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının təşkili” adlı layihənin həyata keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsidir. Həmçinin bu tipli hazırlıq kursları təşkil etməklə, valideyn və mütəxəssislər arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.