MƏDƏNİYYƏT


Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Şuşa Humanitar Kolleci və kitabxananın birgə təşkil etdiyi tədbirdə Şah İsmayıl Xətainin həyat və yaradıcılığından, habelə Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışılıb.

Kollecin müəllimi Yeganə Əliyeva təhsil ocağının tələbələrinə görkəmli şair haqqında ətraflı məlumat verərək, poetik irsindən nümunələr səsləndirib.

Vurğulanıb ki, Şah İsmayıl Xətai hakimiyyəti dövründə kitabxana təşkili işinə xüsusi diqqət yetirməklə yanaşı, saxlanılan kitablara öz adının yazıldığı möhür vurulması məsələsinə xüsusi diqqət ayırıb. Onun şəxsi təşəbbüsü sayəsində kitabxana sistemi dövlət əhəmiyyətli məsələ sayılaraq, kitabxanalar haqqında ilk dövlət fərmanı imzalanıb.

Sonra tələbələr Şah İsmayıl Xətainin tariximizin şərəfli anlarını bizə ərməğan edən “Dəhnamə” poemasından parçalar söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.