MƏDƏNİYYƏT


“Şah İsmayıl” operasının yetmiş yaşlı Aslan şahı

A+ A

Bakı, 2 noyabr, Flora Şükürova, AZƏRTAC 

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin nümayişi Xalq Artisti, teatrın solisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində gerçəkləşib.

Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edib. Digər partiyaları isə Əməkdar artistlər Təyyar Bayramov, Fəridə Məmmədova və Afaq Ağayeva canlandırıblar. Tamaşanı dirijor, Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edib.

Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da iştirak elədiyi səhnə əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb.

O, “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natəvan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio kimi obrazları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.