MƏDƏNİYYƏT


“Şah Qacar”ın 50-ci səhnə həyatı

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesi əsasında “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemətov, musiqi tərtibatçısı bəstəkar, Xalq Artisti Səyavuş Kərimidir.

Səhnə əsərində Ağa Məhəmməd şah Qacar rolunu Xalq Artisti Fuad Poladov canlandıracaq.

Tamaşada digər rolları Xalq Artisti Laləzar Mustafayeva , Əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov , Vidadi Həsənov , Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir.

Səhnə əsərində Qacar, həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran bir insan obrazı kimi təsvir olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.