REGİONLAR


Şahbuz rayonunda 100 hektardan çox sahədə taxıl biçini aparılıb

Şahbuz, 19 iyul, AZƏRTAC

Şahbuz rayonunda torpaq mülkiyyətçiləri taxıl biçininə başlayıb. Taxıl biçini əsasən rayonun Türkeş kəndindəki taxıl zəmilərində aparılır.

AZƏRTAC xəbər verir ki, biçində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazasına və fiziki şəxslərə məxsus 4 kombayndan istifadə olunur. Artıq 101 hektar sahədə biçin aparılıb. Orta məhsuldarlıq 25-30 sentner təşkil edir. Torpaq mülkiyyətçiləri bu il məhsulun yaxşı olmasını taxıl sahələrində aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi, məhsuldar toxum sortlarından istifadə olunması və havaların əlverişli keçməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, payız və yaz aylarında Şahbuz rayonunda 1591 hektara yaxın taxıl əkilib. Torpaq mülkiyyətçiləri əkin dövründə əsasən “Bezos” buğda sortuna üstünlük veriblər. Bu sort rayonun iqlim şəraitinə uyğundur və yaxşı aqrotexniki qulluq göstərdikdə bol məhsul verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.