MƏDƏNİYYƏT
“Şahdağ” Qış–Yay Turizm Kompleksindən pulsuz istirahət imkanı VİDEO
Qusar, 24 iyul (AZƏRTAC). Qusarda yerləşən “Şahdağ” Qış–Yay Turizm Kompleksində “Açıq qapı” günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyulun 25-də istirahət mərkəzinə gələn bütün turistlər gün ərzində 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlanmaq imkanı qazanacaqlar.
Kompleksə gələnlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzinti, dağda seqvey ilə gəzinti, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.
“Açıq qapı” gününün keçirilməsinin məqsədi turistləri “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etmək, mərkəzin imkanlarını göstərməkdən ibarətdir.
“Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]