İQTİSADİYYAT


“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır

Bakı, 14 iyun, AZƏRTAC

“Şahdağ” Turizm Mərkəzi iyunun 15-dən yay mövsümünü açıq elan edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də yerli və xarici turistlərin istirahətini daha mükəmməl etmək məqsədilə mərkəz tərəfindən çoxsaylı yay əyləncələri, maraqlı tədbirlər təqdim olunacaq. Belə ki, bu ildən etibarən kanat yolları və yay əyləncələri 10:30-dan 19:00-dək fəaliyyətdə olacaq. Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanmasıdır. İstənilən halda, turistlər daim bələdçilərin nəzarəti altında olaraq, hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcək. Eyni zamanda, kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan yuxarı vətəndaşlar - veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz fəaliyyət göstərəcək.

Azərbaycanın ən gözəl regionlarından birində - Şahdağ milli parkının yaxınlığında yerləşən mərkəzin füsunkar təbiəti yay aylarında xüsusilə göz oxşayır. Yamyaşıl dağ yamacları həm aktiv istirahəti sevən, həm də sadəcə təmiz dağ havası və ruhu dincəldən sakitlikdən zövq almaq istəyən hər kəsin ixtiyarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.