REGİONLAR


“Şahdağ” Turizm Mərkəzindən hədiyyə aksiyası

Qusar, 8 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 20-də “Şahdağ” Turizm Mərkəzi tərəfindən əyləncə həvəskarları üçün maraqlı aksiya təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Şahdağın hədiyyəsi” adlanan aksiya çərçivəsində turistlər yalnız bir gün cəmi 8 manat ödəməklə 4 əyləncədən faydalana bilərlər. Aksiyaya qoşulanların az məbləğ müqabilində ziplayn, bob kart, seqvey və trottinetdən yararlanmaq imkanı olacaq. Bununla yanaşı, mərkəzdə uşaqlar üçün ödənişsiz olaraq mini futbol, voleybol, basketbol, hava qəsrləri və macəra parkı kimi əyləncələr fəaliyyət göstərəcək.

Bütün günboyu rəngarəng musiqi və fərqli əyləncələr qonaqların zövqünü oxşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.