REGİONLAR
“Şahdağ” Turizm Mərkəzindən hədiyyə aksiyası VİDEO
Qusar, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzində istirahət etmək istəyənlər üçün avqustun 22-si hədiyyə aksiyası təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, “Şahdağın hədiyyəsi” adlı kampaniya çərçivəsində turistlərə cəmi 5 manat ödəməklə, 3 fərqli əyləncədən istifadə etmək imkanı yaradılacaq. Bununla yanaşı, həmin gün turistləri açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir.
“Şahdağın hədiyyəsi” aksiyasına qoşulmaq istəyənlər biletləri Bakı şəhəri, Bülbül 26 ünvanında yerləşən “Şahdağ” Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü “Şahdağ” Turizm Mərkəzindən əldə edə bilərlər.
Turistlərin istəyindən asılı olaraq onların “Şahdağ” Turizm Mərkəzinə gediş-gəlişini təmin etmək üçün tədbir günü komfortlu nəqliyyat vasitəsi də ayrılacaq. Daha ətraflı məlumat almaq üçün (+994 12) 310-11-10 nömrəli telefonla əlaqə saxlamaq olar.