İDMAN


“Şahdağ” futbol klubu “Şəmkir” komandasına qalib gəlib

A+ A

Qusar, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Futbol üzrə Azərbaycanın I divizionunda yüksək yerlərə iddia edən Qusarın “Şahdağ” futbol klubu bu mövsüm öz meydanında keçirilən ilk matçda qalib gəlib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da qusarlılar II tur çərçivəsində Şövkət Orduxanov adına Qusar şəhər stadionunda “Şəmkir” kollektivini sınağa çəkib.

Gərgin keçən matçın ilk hissəsində qapılara top vurulmayıb. Meydan sahibləri oyunun son dəqiqələrində hesabı açmağı bacarıb. “Şahdağ”ın futbolçusu Kamran Ağakərimov 86-cı dəqiqədə komandasını hesabda önə çıxarıb.

Oyunun qalan vaxtında hesab dəyişməyib və qusarlılar bu qələbə sayəsində iki oyundan sonra xal hesabını dördə çatdırıb.

II turun bu gün keçirilən digər oyunlarının nəticələri belə olub: “Rəvan”-“Zaqatala” 1:5, “Ağsu”-“Mil Muğan” 0:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.