İDMAN
“Şahdağ” yeni mövsümün hazırlıqlarına başlayıb
Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
Futbol üzrə Azərbaycanın I divizionunda mübarizə aparacaq Qusarın “Şahdağ” klubu yeni mövsümün hazırlıqlarına başlayıb.
Klubun vitse-prezidenti Rüstəm Əzimov AZƏRTAC-a bildirib ki, heyətinin əsasını gənc yerli futbolçular təşkil edən kollektiv gələn həftədən Şövkət Orduxanov adına Qusar şəhər stadionunda məşqlərə start verəcək. Komanda qarşıdakı mövsümə baş məşqçi Kamran Əlibabayevin rəhbərliyi altında hazırlaşacaq.
Klub rəsmisi qeyd edib ki, komanda həmişə olduğu kimi çempionatda yüksək yerlərə iddialıdır. İlk məşqlərdən sonra yoldaşlıq oyunları üçün rəqiblər müəyyənləşəcək.
Yeni mövsümdə “Şahdağ” klubu oyun formasını da yeniləyəcək.
Xatırladaq ki, “Şahdağ” ötən mövsümü 9-cu pillədə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]