Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şahdağda multikulturalizm

Qusar, 12 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 12-də öz işini Qusarda davam etdirib.

AZƏRTAC xəbər verir ki, tələbələr burada yerli gənclərlə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ziyarətdən sonra qış məktəbinin iştirakçıları yerli gənclərin dəvəti ilə çay süfrəsində səmimi söhbət aparıblar.

Qış məktəbinin tələbələri üçün Şahdağ Turizm Kompleksində dağ xizək əyləncəsi təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Sevinc Mürvətqızı Qusarda qış məktəbinin tələbələri ilə söhbətləşib, onların ölkəmizə dair təəssüratlarını, Azərbaycan multikulturalizmi ilə bağlı fikir və düşüncələrini öyrənib.

Ötən il təşkil olunmuş Beynəlxalq Multikulturalizm yay məktəbində də iştirak edən Rusiyadan olan Ruslana Klimova deyib: “Həm yay, həm də qış məktəbində Azərbaycan multikulturalizmi ilə bağlı maraqlı bilgilər əldə etmişəm. Artıq Azərbaycan multikulturalizminin xüsusiyyətləri haqqında aydın təsəvvürlərim var”.

Polşalı tələbə Olga Krajevska bildirib ki, əhalisinin 90 faizini polşalılar təşkil edən bir ölkənin vətəndaşı kimi onun multikulturalizm haqqında məlumatı azdır: “Multikulturalizm haqqında öyrənmək, xüsusilə də Azərbaycan multikulturalziminin mahiyyətini anlamaq bizim üçün çox maraqlıdır. Qış məktəbi çərçivəsində müzakirələrin, diskussiyaların, eləcə də əyləncələrin təşkilini yüksək qiymətləndirmək lazımdır”.

Belarusdan olan iştirakçı Anastasia Yurçenko Azərbaycan multikulturalizmi haqqında ilk dəfə ötən il eşitdiyini deyib: “Bizə tədris olunan fənn sayəsində ölkənizdə fərqli dinlərə məxsus insanların, müxtəlif xalqların birgə sülh şəraitində yaşaması haqqında bilgilər əldə etdim. Burada hər kəsin özünü necə rahat hiss etdiyinin şahidi oldum. Öyrəndim ki, multikulturalizm Azərbaycanda həm də dövlət siyasətidir”.

Litvalı tələbə Kamilia Puncevic diqqətə çatdırıb ki, ölkənizə ilk səfərimə baxmayaraq Azərbaycanın necə zəngin multikultural dəyərlərə sahib olması məni çox təəccübləndirdi: “Azərbaycan multikulturalizmi haqqında öyrəndiklərimizi əyani şəkildə görmək imkanı qazandıq. Azərbaycanda müxtəlif dinlərə, millətlərə məxsus insanların birgə yaşaması nümunəvi haldır”.

Portuqaliyalı müdavim Jose Felisberta Azərbaycanın multikulturalizm ənənələri haqqında son 3 ay ərzində məlumat əldə etdiyini bildirib: “İxtisasıma uyğun olaraq Azərbaycan multikulturalizmi modelini öyrənirəm. Düşünürəm ki, ölkəniz haqqında öyrənmək, burada olmaq mənim üçün yaxşı təcrübədir”.

İsveçrəli tələbə İlg Susanne söyləyib ki, Azərbaycanda qədim mədəniyyətlə modernizm maraqlı şəkildə bir-birinə qovuşub.

Gürcüstanlı iştirakçı Georgiy Saladze Azərbaycanda bir tərəfdə qədimliyin, bir tərəfdə modern mədəniyyətin çox gözəl bir vəhdət şəklində çulğaşdığını söyləyib: “Azərbaycan multikulturalizmi haqqında öyrənmişdim. Burada isə öyrəndiklərimin əyani şahidi oldum. Bildiyiniz kimi, Gürcüstanda Əli və Nino abidəsi var. Azərbaycanlı yazıçının “Əli və Nino” əsərinin ölkənizdə də böyük şöhrətə malik olduğunu gördüm. Düşünürəm ki, keçən əsrin əvvəllərində Bakıda yaşayan milliyyətcə gürcü qızı xristian Nino ilə azərbaycanlı müsəlman Əlinin məhəbbəti Azərbaycan multikulturalizminin ən parlaq sübutudur”.

Polşalı tələbə, Varşavadan gələn Cuanna Casinska bu günlər ərzində Bakıda gözəl memarlıq nümunələri, rəngarənglik gördüyünü vurğulayıb: “Bakıda Şərq və Qərb mədəniyyətinin maraqlı bir sintezi var. Bakıda gördüm ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri necə mehriban yaşayırlar. Burada bütün dinlərə və millətlərə hörmətlə yanaşılır. Quba, Xaçmaz və Qusarda olanda buradakı yerli gənclərin necə istiqanlı, qonaqpərvər, mehriban olduqlarının şahidi oldum. Azərbaycan mətbəxini çox bəyəndim. Burada ilk dəfə ağ gilas mürəbbəsinin dadına baxdım, çox ləzzətli idi”.

Çexiyalı iştirakçı Petr Urvan qış məktəbi ərzində həm Bakıda, həm bölgələrdə zəngin təəssürat aldığını deyib: “Bakıda, Qubada, Xaçmazda çoxsaylı görüşlər keçirmişik. Bakı bulvarını, şəhərin tarixi məkanlarını gəzmişik. Böyük təəssüratlarımız var. Memarlıq abidələri, tarixi binalar möhtəşəmdir. Qusarda dağ xizək əyləncəsi çox xoşumuza gəldi. Azərbaycanda olduğumuz müddətdə həm Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərimizə əyani şəkildə gördüklərimiz əlavə olundu, həm də çox yaxşı əyləndik”.

Nigeriyalı iştirakçı İbrahim Olayinka Akinyemi ölkəmizi çox sevdiyini, burada olduğu müddətdə artıq Azərbaycan dilində xeyli sözlər öyrəndiyini diqqətə çatdırıb.

Azərbaycan Texniki Universitetinin tələbəsi Şükufə Əhmədli keçən il Beynəlxalq Multikulturalizm yay məktəbinin fərqlənən iştirakçılarındandır. Ş.Əhmədli həm yay, həm də qış məktəbində xeyli xarici dostlar qazandığını bildirib: “İnanıram ki, akademik Kamal Abdullayevin vurğuladığı kimi, ölkəmizə səfər edən qış məktəbinin iştirakçılarının Azərbaycana marağı məhəbbətə çevriləcək”.

Qış məktəbinin iştirakçıları söhbət zamanı bu layihəni dəstəklədiyi üçün Prezident İlham Əliyevə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevə, eləcə də digər təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb