REGİONLAR


“Şahdağ”da növbəti maraqlı festival təşkil olunacaq

Qusar, 12 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 27-də “Şahdağ” Turizm Mərkəzində növbəti maraqlı festival təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Urban festival” qızmar yay günlərini sərin dağ ətəklərində dincələrək keçirmək istəyən və özünü gənc hesab edən hər kəs üçün əla fürsətdir.

Festivalda skeytbordçular, dağ velosipedçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr təqdim olunacaq.

“All For One” kreativ rəqs yarışmasında Dj Killajaz və Dj Twistin trekləri altında bir-birindən kreativ gənclər qalib gəlmək uğrunda mübarizə aparacaqlar. Hərəkətlərinin orijinallığı ilə seçilən və musiqiyə uyğun rəqs edən yarışmaçılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Qaliblər tamaşaçı simpatiyasına görə və münsiflər heyətinin səsverməsi ilə seçiləcəklər.

Qraffiti rəssamları ilk yarışmadan son yarışmayadək paralel şəkildə bitbokserlərin performansı ilə yanaşı, Şahdağın peyzajını özündə əks etdirən rəsm əsərləri yaradacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.