İQTİSADİYYAT


“Şahdəniz-1” üzrə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, Türkiyəyə isə 41 milyard kubmetr təbii qaz verilib

A+ A

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC

“Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, həmçinin də Türkiyəyə 41 milyard kubmetr təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

SOCAR-ın birinci vitse-prezidenti əlavə edib ki, hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 milyon kubmetr, Türkiyəyə isə 16,8 milyon kubmetr təbii qaz nəql edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.