İQTİSADİYYAT
“Şahdəniz” yatağının gündəlik hasilat gücü 1 milyard 40 milyon standart kubfuta qədər artırılacaq
Bakı, 22 noyabr, AZƏRTAC
“Şahdəniz”də hasilata başlanandan bu ilin üçüncü rübünün sonunadək yataqdan 55,2 milyard kubmetr (təqribən 1950 milyard standart kubfut) qaz və 14,2 milyon ton (təqribən 113,3 milyon barrel) kondensat hasil edilib.
“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin sonunadək yatağın gündəlik hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə razılaşdırılıb.
Ümumilikdə cari ildə “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 435 milyon dollar əməliyyat xərclərinin və 3 milyard 885 milyon dollar əsaslı xərclərin sərf olunması nəzərdə tutulub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə, o cümlədən dənizdəki işlənmələrə və “Səngəçal” terminalının genişləndirilməsinə aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]