İQTİSADİYYAT
“Şahdəniz”in ikinci mərhələsi üzrə hasilatın 16 milyard kubmetr olacağı gözlənilir
Bakı, 26 aprel, AZƏRTAC
“Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasilata 2018-ci ildə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda SOCAR-ın Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Nazim Səmədzadə deyib.
N.Səmədzadə “Şahdəniz” yatağının hasilatının 16 milyard kubmetr olacağının gözlənildiyini bildirib. O deyib ki, 2006-cı ildə “Şahdəniz” yatağında hasilata başlanılıb və birinci mərhələ çərçivəsində təxminən illik 10 milyard kubmetr həcmində qaz hasil olunur. “Şahdəniz” yatağından hasil olunan qazın 800 milyon kubmetri Gürcüstana, 6,6 milyard kubmetri Türkiyəyə nəql olunur, 1,5 milyard kubmetr qaz isə ölkə daxilində istehlak edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]