REGİONLAR


Sahələrdən 2 milyon 838,8 min ton taxıl götürülüb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabrın 1-i vəziyyətinə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,9 faizi, yaxud 960,8 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 838,8 min ton (keçən il 2 milyon 785,1 min ton) taxıl götürülüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hər hektardan orta hesabla 29,5 sentner məhsul yığılıb.

Bundan başqa, dən üçün qarğıdalı sahəsinin 95,4 faizindən, yaxud 34,3 min hektarından 213,2 min ton (7,5 min ton çox) məhsul toplanıb. Hektarın orta məhsuldarlığı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 sentner artaraq 62,1 sentnerə yüksəlib.

Qarğıdalı dəni də nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 2,0 faiz və yaxud 61,2 min ton artaraq 3 milyon 52,0 min tona çatıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.