REGİONLAR


Sahib Məmmədov: “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması ilə bağlı tədbirlər davam etdiriləcək VİDEO

A+ A

Zaqatala, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sahibkarlarla bugünkü görüşümüzdə dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafı ilə bağlı qəbul edilmiş qərarlar, qanunvericiliyə olunmuş dəyişikliklər, regionlarda yaranmış ixrac imkanları barədə ətraflı müzakirələr aparıldı. Eyni zamanda, sahibkarlar xarici bazarlar, ixrac missiyaları və sərgilər barədə məlumatlandırıldılar. Belə tədbirlər ölkəmizdə mövcud olan yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlara çıxarılması istiqamətində atılmış addımlardan biridir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Zaqatalada keçirilən “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsində bildirib.

Bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran nazir müavini deyib: “Azərbaycan məhsulunun, “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması istiqamətində ilk ixrac missiyası Çin Xalq Respublikasında təşkil olunub. Növbəti belə missiya Dubay Əmirliyində keçirilir. Bu cür təşviqat tədbirləri cədvəl üzrə davam etdiriləcək, digər ölkələrdə də sərgilər təşkil olunacaq. Bu, nəticə etibarilə Azərbaycan məhsullarının xaricdə tanıdılması istiqamətində çox əhəmiyyətli addımlar olacaq”.

Şimal-qərb bölgəsində də ixracyönümlü məhsulların istehsal olunduğunu vurğulayan Sahib Məmmədov qeyd edib ki, Azərbaycan fındığı öz keyfiyyətinə görə çox məşhurdur. Burada istehsal olunan fındıq məhsulu xarici bazarlara, xüsusilə Avropa ölkələrinə ixrac olunur. Əsas məqsədimiz istehsal olunan məhsulların həcmini artırmaq və sahibkarların bəhrələnməsi üçün məhsulun ixrac coğrafiyasını daha da genişləndirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.