İQTİSADİYYAT


Sahibkarlar Ər-Riyadda keçirilən I Əməkdaşlıq Forumuna dəvət olunurlar

Bakı, 7 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankına üzv ölkələrin "Dövlət sektoru ilə özəl sektor arasında I Əməkdaşlıq Forumu" keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, forum martın 22-də paytaxt Ər-Riyadda baş tutacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar.

Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.