İQTİSADİYYAT
Sahibkarlar Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumuna dəvət olunurlar
Bakı, 12 fevral, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə martın 6-daAzərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun keçirilməsi nəzərdə tutulub.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, forumda Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi və iş adamlarının iştirakı gözlənilir. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları Azərbaycan nümayəndə heyətinin tərkibində Batumi şəhərinə səfər edə bilərlər. Maraqlananlar tədbirdə şirkətlərini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 daxili: 108, 123, 119; e-mail: [email protected]) AZPROMO-ya bildirməlidirlər.