İQTİSADİYYAT
Sahibkarlar Azərbaycan-Rusiya biznes forumuna dəvət olunurlar
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 28-də Rusiya Federasiyasının Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq.
Tədbir Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçiriləcək.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.
Forumda iştirak etmək istəyənlərdən şirkəti təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili: 108, 123 və ya 119; e-mail: [email protected];) bildirmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]