İQTİSADİYYAT


Sahibkarlar Banqladeşdə Beynəlxalq Dəkkə Ticarət Sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Banqladeşin paytaxtı Dəkkə şəhərində 2017-ci il yanvarın 1-də "XXII Beynəlxalq Dəkkə Ticarət Sərgisi 2017" (DITF) keçiriləcək. Sərgi Banqladeş Xalq Respublikasının Kommersiya Nazirliyi və İxracın Təşviqi Bürosunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar. Sərgidə tekstil, geyimlər, dəri və dəri məmulatları, ayaq geyimləri, müxtəlif avadanlıqlar, əczaçılıq məhsulları, xalçalar, kimya, kosmetik, süd, ərzaq məhsulları, elektrik avadanlıqları, hədiyyələr, əl işləri, məişət avadanlıqları, mebel, idman malları, oyuncaqlar, saatlar, plastik məhsullar və zinət əşyaları nümayiş olunacaq. Sərgi yanvarın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.