İQTİSADİYYAT


Sahibkarlar Hindistanda IX “Stonemart 2017” sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 18 yanvar, AZƏRTAC

Hindistan Sənaye və Ticarət Palataları Assosiasiyası və Daşların İnkişafı üzrə Mərkəzin təşkilatçılığı ilə fevralın 2-dən 5-dək Caypur şəhərində IX “Stonemart 2017” sərgisi təşkil ediləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar.

“Stonemart 2017” daşların müxtəlif növlərinin, daş məhsullarının, avadanlıqların, texnoloji vasitələrin nümayiş olunmasına imkan yaratmaqla yanaşı, alıcılar, satıcılar, təchizatçılar, memarlar, inşaat mühəndisləri, interyer dizaynerlər və digərləri üçün Hindistanın daş sənayesi ilə sıx biznes əlaqələri yaratmaq baxımından mükəmməl platforma rolunu oynayır.

“Xarici Alıcı Proqramı” Hindistandan təbii daş idxal edən və materiala olan tələbatını ödəmək baxımından bu ölkəni mənbə kimi görən alıcılar üçün nəzərdə tutulub. Bu proqram beynəlxalq şirkətlər, həmçinin Hindistan şirkətləri ilə müxtəlif layihələrlə bağlı əməkdaşlıq etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.