İQTİSADİYYAT
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İtaliyada nümayəndəliyi açılır
AZƏRTAC xəbər verir ki, ASK-nın İtaliyada nümayəndəliyinin açılması ilə bağlı təşkil olunan mətbuat konfransında İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi çıxış edib. Konfederasiyanın İtaliya Respublikasındakı rəsmi nümayəndəsi vəzifəsini icra edəcəyini bildirən M.Traldi deyib ki, sahibkarlar üçün tərəfdaşlar tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, ASK-nın proqram və layihələrinin reallaşmasında yaxından iştirak edəcək.
Mətbuat konfransında qeyd olunub ki, sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar hazırlanacaq, İtaliyada fəaliyyət göstərən dövlət qurumları, ictimai birliklər, bələdiyyələr və sahibkarlarla biznes əlaqələrinin qurulması istiqamətində səmərəli iş aparılacaq. Məlumat verilib ki, hazırda ASK-nın Türkiyə, Almaniya və Ukraynada nümayəndəlikləri fəaliyyət göstərir.
ASK-nın prezidenti Məmməd Musayev və İTAZERCOM-un prezidenti Manuela Traldi İtaliyada birgə nümayəndəlik haqqında müqavilə imzalayıblar.