İQTİSADİYYAT


Sahibkarlar Tehranda neft-qaz və neft-kimya üzrə beynəlxalq foruma dəvət olunurlar

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 8-9-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, biznesmenlər və sahibkarlardan ibarət 5 nəfər sözügedən forumda iştirak etmək məqsədilə İrana səfərə dəvət olunur.

Qeyd edək ki, dəvət olunan şəxslərin iki gün yarım ərzində İranda dördulduzlu hoteldə qalması ilə bağlı xərclər tədbirin təşkilatçıları tərəfindən ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.