İQTİSADİYYAT


Sahibkarlar Tehranda tikintiyə həsr olunmuş biznes-forum və sərgidə iştiraka dəvət olunurlar

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 24-25-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində tikinti mövzusuna həsr olunmuş biznes-forum və sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar ölkəmizdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlər biznes-forumda iştiraka və sərgini ziyarət etməyə dəvət olunurlar. Səfərdə iştirak edəcək şəxsin 3 gün (2 gecə) İranda 4 ulduzlu mehmanxanada qalması, sığortalanması, səhər yeməyi, tərcüməçi, bələdçi və daxili nəqliyyat xərcləri (hava limanı və sərgi mərkəzi istiqamətlərində) tədbirin təşkilatçıları tərəfindən ödənilir.

Biznes-forum və sərgidə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.