İQTİSADİYYAT


Sahibkarlar “World Export Development Forum 2017” forumuna dəvət olunurlar

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan sahibkarları “World Export Development Forum 2017” forumuna dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-25-də Budapeştdə "World Export Development Forum 2017" forumu keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvət olunurlar. Sərgidə iştirak etmək istəyənlərə Macarıstan Milli Ticarət Palatası tərəfindən səfər dəvətnaməsini təqdim ediləcək.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-a müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.