İQTİSADİYYAT


Sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 2-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninq iştirakçılarına ixrac bazarları, ixracatçılara tətbiq edilən güzəştlər, investisiya təşviqi sənədinin yaratdığı üstünlüklər, investisiya təşviqi sənədinin alınması üçün investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, təsdiqedici sənədin alınması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Treninqdə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.